featured-image-21985

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1\8 final mərhələsinin “Bayern Münhen”lə oyununu buraxa bilər.

Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Fransa millisinin futbolçusu Liqa-1-də “Monpelye” ilə son görüşdə (3:1) zədə səbəbindən əvəzlənib. O, dizindən zədə alıb.

24 yaşlı forvardın fevralın 14-də keçiriləcək ÇL matçında iştirakı sual altındadır.

Mbappe bu gün tibbi müayinədən keçəcək və ondan sonra zədənin nə dərəcədə ciddi olduğu aydınlaşacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər