featured-image-45029

PSJ-nin hücumçusu Kilian Mbappe Marseldə fəaliyyət göstərən dönərxananı məhkəməyə verməyə hazırlaşır.

Msport.az RMC Sport-a istinadən xəbər verir ki, ictimai-iaişə obyekti Fransa millisinin hücumçusunun adını qeyri-qanuni olaraq kommersiya məqsədləri üçün istifadə edir.

Kafenin menyusunda olan çorəkarası dönərlərdən biri “Mbappenin kəlləsi kimi yumuru” xarakterizə olunub. Mbappedən başqa, Fransa millisinin sabiq üzvü Dmitri Payenin də adı menyuda istifadə edilib. Kafedə Payeyə həsr olunmuş blinçiklər hazırlanır.

Bənzər xəbərlər