Mbappe “El Klasiko”ya yetişəcək
“Real”ın hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, fransalı forvard artıq zədəsini sağaldıb.
Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la qarşılaşmada sağ topuğundan xəsarət alan ulduz futbolçu İspaniya Kubokunun “Barselona”ya qarşı final görüşündə iştirak edə biləcək.
“El Klasiko” aprelin 26-da Sevilyada keçiriləcək.