featured-image-20161

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre Zinəddin Zidanın bu ölkənin milli komandasını çalışdıracağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, o, Zidanın məşqçilik gələcəyi ilə maraqlanmadığını və hətta mütəxəssislə telefonla danışmayacağını açıqlayıb:

“Mən Zidanla heç vaxt tanış olmamışam. Didye Deşamla (Fransa millisinin indiki baş məşqçisi) ayrılmağı düşünməmişdik. Bəzi jurnalistlər nə yazacaqlarını bilmədiklərinə görə nə isə icad etməyə çalışırlar. Zidanın Braziliya yığmasına baş məşqçi təyin olunması ilə bağlı xəbərlər haqda nə düşünürəm? Mənim heç vecimə də deyil. O, hara istəsə, gedə bilər. Mənimlə əlaqə saxlamaq istəsəydi, o zaman şansı olmazdı. Çünki zənglərinə belə cavab verməzdim”.

Federasiya prezidentinin Fransa futbolunun əfsanələrindən biri haqda bu açıqlaması futbol ictimaiyyəti tərəfindən ciddi tənqidlərlə qarşılanıb. Onu bu hərəkətinə görə tənqid edənlərdən biri də millinin indiki liderlərindən olan Kilian Mbappe olub. O, sosial şəbəkə hesabında bunları yazıb:

“Zidan Fransa futbolunun əfsanəsidir. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre belə insanlara hörmətlə yanaşmalıdır. Zidan Fransa millisinin əfsanəsidir. Biz ona bu qədər hörmətsizlik edə bilmərik”.

Bənzər xəbərlər