featured-image-28610

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”ın prezidenti Florentino Peresdən  üzr istəyib və Madrid klubuna keçmək istədiyini deyib.

Msport.az xəbər verir ki, bu iddia ilə jurnalist Ramon Alvares çıxış edib.

Ötən il fransalı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi başa çatırdı və o, “Real”la ilkin razılığa gəlmişdi. Lakin Mbappe son anda fikirini dəyişərək Fransada qalmağa üstünlük vermişdi. Bu qərar Florentino Peresi çox əsəbləşdirmişdi.

2022-ci ilin payızında 24 yaşlı futbolçunun yenidən “kral klubu”na keçmək arzusunda olması barədə xəbər yayılmışdı. KİV-də Mbappenin “Real”a gəlməsi üçün rəsmi şəkildə üzr istəməli olduğu barədə xəbərlər dərc olunmuşdu.

ANAR 

Bənzər xəbərlər