featured-image-24560

Kilian Mbappe PSJ-nin heyətində 201-ci qolu vurduğu  formanı “Nant”ın futbolçusu İqnatius Qanaqoya hədiyyə edib. Msport.az xəbər verir ki, “Nant”ın hücumçusunun bu yaxınlarda qızı vəfat edib. Mbappe bu yolla onu dəstək olub.

Qeyd edək ki, Qanaqonun 5 yaşlı qızı fevralın ilk yarısında xəstəlikdən dünyasını dəyişmişdi. Hətta “Nant”ın oyunçusu həmin vaxt övladı ilə görüşə bilməmişdi.

Fransa millisinin forvardı məhz “Nant”la görüşdə (4:2) PSJ tarixinin bombardirinə çevirildi. O, oyundan sonra formasını Qanaqoya hədiyyə edib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər