Mbappe Fransanın kapitanı oldu
Kilian Mbappe Fransa millisinin yeni kapitanı olub. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Didye Deşam Uqo Lyorisdən sonra kapitanlıq sarğısını 24 yaşlı futbolçuya həvalə edib.
36 yaşlı qapıçı Qətərdəki dünya çempionatından sonra milli komandadakı karyerasını başa vurub.
Mbappe Fransa yığmasında 66 oyunda 36 qol vurub. O, millinin heyətində DÇ-2018-in qalibi olub.
Cümə günü Fransa seçməsi AÇ-2024-ün seçmə mərhələsində Niderland komandasını qəbul edəcək.
ANAR ABDULLAYEV







