featured-image-32534

PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftə “Real”ın oyunçusu olacaq.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo tviterdə paylaşım edib.

Mənbənin sözlərinə görə, tərəflər 24 yaşlı futbolçunun keçidi ilə bağlı bütün şərtlərİ razılaşdırıblar. Transfer məbləği açıqlanmır.

Fransa millisinin üzvü 2017-ci ilin yayında “Monako”dan PSJ-yə icarəyə yollanıb. Bir ildən sonra Paris klubu onun  transfer hüquqlarını 180 milyon avroya alıb. Bu keçid dünya tarixində hələ də 2-ci yeri tutur. Yalnız PSJ Neymarın “Barselona”dan alışına daha çox pul xərcləmişdi – 222 milyon avro.

Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

ANAR

 

 

Bənzər xəbərlər