featured-image-22784

Kilian Mbappenin 2022-ci ilin mayında PSJ ilə bağladığı müqavilədə nəzərdə tutulur ki, futbolçu istəsə, 2024-də anlaşmanı birtərəfli qaydada poza bilər.

Msport.az xəbər verir ki, bu məlumatı İspaniyanın “Mundo Deportivo” nəşri yayıb.

Mənbənin sözlərinə görə, 24 yaşlı hücumçu 2+1 sxemi ilə müqavilə bağlayıb.

“Real”ın hələ də fransalı forvardı ələ keçirməkdə maraqlı olduğu deyilir. Bundan başqa, Mbappe özü də Madrid klubuna keçməyi arzulayır.

Mbappe bu mövsüm 26 oyunda 25 qol vurub və 6 məhsuldar ötürmə verib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern Münhen”lə ilk oyununda zədə səbəbindən forma geyinməyəcək.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər