featured-image-53541

“Real”ın hücumçusu Kilian Mbappe bir gecədə sosial şəbəkədə haker hücumuna məruz qalıb.

Msport.az xəbər verir ki, Fransa millisinin üzvünün 14 milyon abunəçisi var.

Naməlum şəxslər bir neçə paylaşım ediblər. Onlardan birində Mbappenin PSJ-dəki sabiq komanda yoldaşı Lionel Messini “cırtdan” adlandırıblar. Onlar həmçinin Kilianın adından onun 2028-ci ilin yayında “Mançester Yunayted”ə keçəcəyini yazıblar. Hakerlər İsraili tənqid edən bir neçə yazı da dərc ediblər.

Əsas məqsəd hakerlər tərəfindən yaradılmış MBAPPE kriptovalyutasına maraq cəlb etmək olub. Onların bir gecədə 10 milyon avrodan çox pul qazandıqları bildirilir. Səhərə qədər yazılar silinib və hesaba giriş bərpa olunub.

Bənzər xəbərlər