Mbappe ili başa vurub?
İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbapppe 2024-cü ilin qalan hissəsində meydana çıxmaya bilər.
Msport.az xəbər verir ki, bu barədə “TyC Sports” nəşri məlumat yayıb.
“Atalanta”ya İtaliyada 3:2 hesabı ilə qalib gəldikləri Çempionlar Liqası matçında xəsarət alan hücumçunun zədəsinin xarakteri hələlik müəyyən edilməyib.
Lakin onun dekabrın 14-də La Liqada “Rayo Valyekako” ilə görüşdə iştirak etməyəcəyi dəqiqdir.