featured-image-16933

PSJ-nin hücumçusu Kilian Mbappe Elzas bölgəsindən olan kəndli uşaqları “Oser”lə oyuna dəvət edib.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, Altorf kəndindən olan 28 uşaq Parisə PSJ – “Oser” matçına baxmağa gediblər.

Fransa millisinin üzvü uşaqların oteldə qalmaq və oyuna bilet xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, ötən ilin sentyabrında “Pomme dePic” təhsil mərkəzinin şagirdləri futbolçuya məktub yazıblar və kollektiv fotolarını göndəriblər.

Məktəbin müəllimlərindən biri Paskalin məsələyə aydınlıq gətirib: “Biz ona izah etdik ki, Elzasda yerləşən tədris mərkəziyik və bütün uşaqlar onun fanatlarıdır. Hamıda onun forması var və hər kəs futbol oynamağı çox sevir”.

Bir neçə aydan sonra Mbappenin köməkçisi uşaqlarla əlaqə saxlayıb.

“Mən dedim ki, bu zarafatdır? Ondan sonra mənə məktubu oxudular. Orada yazılmışdı ki, Kilian və onun anası hadisədən çox təsirləniblər və bizi oyuna dəvət etmək istəyirlər. Buna inana bilmirdik”  – deyə Paskalin billdirib.

 

Bənzər xəbərlər