featured-image-27118

PSJ-nin hücumçusu Kilian Mbappe irqçi təhqirlərə məruz qalan Romelu Lukakuya dəstək olub.

Msport.az xəbər verir ki, fransalı futbolçu bu barədə instaqramda paylaşım edib.

Qeyd edək ki, Lukaku İtaliya kubokunun yarımfinal mərhələsinin “Yuventus” – “İnter” oyununda (1:1) meydan sahibi azarkeşlərin irqçi şüarları ilə üzləşib.

“2023-cü il gedir, amma eyni problemlərdir. Lakin sizə bunu etməyə imkan verməyəcəyik. Hamı irqçiliyə qarşı!” – Mbappe belə yazıb.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər