Mbappe Messinin PSJ-də qalmasını istəyir
Kilian Mbappe Lionel Messinin PSJ-dən getməsini istəmir. Msport.az “sport.es”ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi də 35 yaşlı futbolçunun komandada qalacağına ümid edir. Amma PSJ bossları anlayırlar ki, argentinalı hücumçunun qalmaq şansı günü-gündən azalır.
Qeyd edək ki, Messinin müqaviləsi iyunda başa çatır. O, 2021-ci ildə Fransa komandasına azad agent kimi gəlmişdi. Leo Paris klubunun heyətində 68 oyunda 30 qol vurub və 33 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







