featured-image-31763

Kilian Mbappe Fransa millisinin heyətində 39-cu qolunu vurub. Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə oyunda (3:0) fərqlənib.

PSJ-nin hücumçusu Fransa yığmasının ən yaxşı bombardirləri sırasında 5-ci yeri tutur. O, 4-cü sırada olan Mişel Platinidən 2 top geri qalır.

Fransa millisi tarixinin ən sərrast futbolçusu Olivye Jirunun aktivində 54 top var.

ANAR

Bənzər xəbərlər