featured-image-45074

PSJ-də çıxış edən Fransa millisinin futbolçusu Kilian Mbappe Paris 2024 Yay Olimpiya Oyunlarını buraxa bilər.

Msport.az xəbər verir ki, bu barədə L’Equipe nəşri məlumat yayıb.

Bildirilib ki, hücumçu sıx qrafik səbəbindən bu addımı atacaq. O, 14 iyun – 14 iyulda Almaniyada keçiriləcək Avropa çempionatında Fransa yığmasının heyətində çıxış edəcək. Olimpiada 26 iyun – 11 avqustda reallaşacaq.

Qeyd edək ki, Mbappe cari mövsüm 36 oyunda 35 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər