Mbappe Polşa ilə matçda oynaya bilər
Fransa millisinin futbolçusu Killian Mbappenin Almaniyada keçirilən Avropa çempionatının III turunda Polşa ilə oyunda meydana çıxacağı gözlənilir.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Didye Deşam Avstriya ilə ilk matçda (1:0) burnu sınan 26 yaşlı hücumçuya qrupun son görüşündə şans verə bilər.
Xüsusi maska ilə məşqlərdə iştirak edən K.Mbappe ikinci turda Niderlandla baş tutan qarşılaşmada (0:0) da iştirak etməyib.
Qeyd edək ki, iyunun 25-də keçiriləcək Fransa–Polşa oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.