featured-image-23937

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının 25-ci turunda “Marsel”lə oyunda (3:0) dubl edib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Paris təmsilçisində vurduğu qolların sayını 200-ə çatdırıb.

Beləliklə, Mbappe PSJ tarixinin bombardiri Edison Kavaniyə çatıb. Fransa millisinin üzvü bundan sonra 1 qol vurarsa, Kavanini geridə qoyaraq PSJ-nin ən çox fərqlənən futbolçusu olacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər