featured-image-37709

PSJ-nin prezidenti Nasser Al-Xelaifi Kilian Mbappenin növbəti mövsüm də komandada qalacağını bildirib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbəri fransalı hücumçunu dünyanın ən yaxşı oyunçusu adlandırıb: “Kilian PSJ-nin oyunçusudur. Ona sahib olduğumuz üçün xoşbəxtik və gələn mövsüm də komandamızda çıxış edəcək. O, bu klubu sevir və fantastik futbolçudur. Mbappe dünyanın ən yaxşı oyunçusudur”.

Qeyd edək ki, Kilian Mbappe bir müddət əvvəl PSJ ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzatmaqdan imtina etmişdi. Hazırkı müqaviləsi mövsümün sonuna qədər olan forvardın adı “Real”la hallanır.

Bənzər xəbərlər