featured-image-24749

PSJ Kilian Mbappeni heyətdə saxlamaq üçün əlavə bonuslar ödəməyə hazırdır.

Msport.az “L`Equipe”yə istinadən xəbər verir ki, PSJ Çempionlar liqasını qazansaydı, fransalı futbolçunun müqaviləsi avtomatik yenilənəcəkdi.

Çempionlar Liqsındakı uğursuzluğa rəğmən, hücumçu yayda Paris klubunda qalsa, o, əlavə 100 milyon avro mükafat alacaq.

24 yaşlı futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Onun müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. “Real” ötən yay onu transfer etməyə yaxın olsa da, Mbappe son anda Parisdə qalmağa üstünlük vermişdi.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər