featured-image-47882

PSJ-nin futbolçusu Kilian Mbappe mövsümün sonunda Fransa klubundan ayrılacağını açıqlayıb

Msport..az xəbər verir ki, bu barədə futbolçu özü “X” səhifəsində video paylaşıb.

“Ölkəmdən ayrılacağımı açıqlamağım mənim üçün çox çətindir. Ancaq 7 ildən sonra karyeramda yeni səhifə açmağa ehtiyacımın olduğunu hiss edirəm”, – deyə ulduz futbolçu bildirib.

Qeyd edək ki, 25 yaşlı oyunçunun müqavilə müddəti 2024-cü ilin yayında başa çatacaq. Hücumçunun İspaniyanın “Real” (Madrid) komandasına keçəcəyi istisna olunmur.

Bənzər xəbərlər