"Mbappe PSJ-dən qaçmalıdır" - Filipp Lam
Almaniya millisinin sabiq futbolçusu Filipp Lam Kilian Mbappeyə PSJ-ni tərk etməyi məsləhət görüb. Msport.az xəbər verir ki, “Bayern Münhen”in əfsanəsi fransalı hücumçunun başqa komandada daha böyük uğur qazana biləcəyi qənaətindədir:
“Mbappe PSJ-dən qaçmalıdır. Komanda onun səviyyəsinə uyğun deyil. O, dünya səviyyəli futbolçu keyfiyyətlərinə malikdir. Ancaq onun istedadı komandanın digər üzveləri tərəfindən tamamlanmır. Təsəvvür edə bilmirəm ki, o, Parisi tərk etsə, nələrə nail olardı”.
ANAR ABDULLAYEV







