featured-image-47982

PSJ-nin bəzi azarkeşləri Kilian Mbappeni Fransa klubundakı son ev oyununda fitə basıblar.

Msport.az xəbər verir ki, Paris təmsilçisi XXXIII turda “Tuluza”ya 1:3 hesabı ilə uduzub.

Matçdan əvvəl tərəfdarlar hücumçunu tənqid ediblər. Fanatların bəziləri isə forvard üçün pankart da hazırlayıblar.

Qeyd edək ki, Mbappe mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. O, 2018-ci ildən paytaxt təmsilçisinə məxsus olub.

Bənzər xəbərlər