Mbappe PSJ-nin tarixinə düşdü
Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ klubunun tarixinə düşüb.
Msport.az xəbər verir ki, hücumçu buna “Monpelye”yə 6:2 hesabı ilə qalib gəldikləri Liqa 1 matçında nail olub.
Oyunda het-triklə yadda qalan Kilian bütün turnirlərdə parislilərin heyətində 250 qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, PSJ 26 turdan sonra 59 xalla turnir cədvəlinin lideridir.