featured-image-45357

“Real”ın hücumçusu Rodriqo komandanı tərk edə bilər. Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, Kilian Mbappenin PSJ-dən Madrid klubuna mümkün keçidi braziliyalı hücumçunun qərarına təsir göstərəcək.

Artıq 4 klub – “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal” və “Liverpul” 23 yaşlı futbolçu ilə maraqlanmağa başlayıblar.

Mənbənin sözlərinə görə, Mbappe “Real”a gəldikdən sonra əsas heyətdə yerini itirməyə bir nömrəli namizəd Rodriqodur. O, “kral klubu”nda heç də stabil çıxış etmir.

“Real” Braziliya millisinin üzvünün satılmayacağını bəyan etsə də, Rodriqo əsas heyətdən kənarda qaldıqdan sonra özü komandanı tərk edə bilər.

Forvard bu mövsüm 41 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər