featured-image-24844

“Real”ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin Madrid klubuna mümkün keçidindən danışıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, PSJ-nin Çempionlar Liqasından kənarda qalmasından sonra fransalı futbolçunun Liqa-1-dən ayrıla biləcəyi ilə bağlı söhbətlər yenidən aktuallaşıb:

“Kilian Mbappenin “Real”a keçidi? Bu sualı siz mənə bu gün də verə bilərsiz, üç gündən, iki aydan sonra da…Lakin mən bu suala heç vaxt cavab verməyəcəm”.

Fransa millisinin forvardı öz gələcəyi barədə danışarkən qeyd edib ki, komandasına Liqa-1-i qazanmağa kömək etməyə çalışacaq. Lakin o, gələcəkdə hansısa başqa liqaya gedə biləcəyini istisna etməyib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər