Mbappe “Real”ın məşqini buraxdı
Kilian Mbappe “Real”ın bugünkü məşqini buraxıb.
Msport.az xəbər verir ki, fransalı hücumçu dünən dişini çıxartdırıb.
Bu səbəbdən o, Madrid klubunun məşqinə qatılmayıb. Ulduz futbolçunun İspaniya Kubokunda “Real Sosyedad”la sabahkı matçda iştirakı sual altındadır.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm La Liqada 23 oyuna çıxıb, 17 qol vurub, 3 məhsuldar ötürmə verib.