featured-image-41719

Kilian Mbappe İspaniyanın “Real” komandasına keçməyə çox yaxındır.

Msport.az “FootMercato” nəşrinə istinadən xəbər verir ki, PSJ-də çıxış edən Fransa millisinin hücumçusu Madrid təmsilçisi ilə anlaşıb.

“Kral klubu” 25 yaşlı forvardla tam razılığa gəlib. O, Paris klubu ilə sözləşməsi bitdikdən sonra yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Mbappe cari mövsüm PSJ-də 24 oyun keçirib, 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər