featured-image-48985

2024-cü ilin bütün rəsmi oyunlarında ən çox qol vuran futbolçular açıqlanıb.

Msport.az xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı 15 qol vuranlar düşüb.

Siyahıda dünyanın 47 bombardiri yer alıb. Qətər millisi və “Əl-Sədd”in hücumçusu Akram Afif 26 qolla hamını qabaqlayır.

“Sportinq”in isveçli hücumçusu Viktor Qyokereş də eyni sayda qol vursa da, 2-ci sırada qərarlaşıb. PSJ-nin fransalı ulduzu Kilian Mbappe liderlərdən üç qol geri qalır.

Qeyd edək ki, “Qalatasaray”ın bombardiri Mauro İkardi 15 qolla 40-cı yerdə qərarlaşıb.

Bənzər xəbərlər