featured-image-30302

İspaniya La Liqasının 35-ci turunda “Valensiya” ilə oyunda (0:1) irqçi təhqirlərə məruz qalan “Real”ın futbolçusu Vinisius Juniora müxtəlif şəxslərdən dəstək gəlir.

Msport.az xəbər verir ki, hətta Braziliya prezidenti Lula bu məsələni G7 ölkələrinin sammitində qaldırıb.

PSJ-nin hücumçusu Kilian Mbappe də Vinisiusa dəstək olub. Fransa millisinin üzvü bununla bağlı instaqramda İngilis dilində paylaşım edib:

“Sən tək deyilsən. Biz yanındayıq və səni dəstəkləyirik”.

Xatırladaq ki, “Valensiya” ilə səfər matçında Vinisius yerli azarkeşlər tərəfindən “meymun” deyilərək təhqir olunub. O, hətta meydanı tərk etmək istəyib. “Real”ın vingeri matçda qırmızı vərəqə alıb.

ANAR

Bənzər xəbərlər