featured-image-41593

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe gələcəyi ilə bağlı sualı cavablandırıb.

Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu hələlik qərar vermədiyini bildirib: “Mən seçim etməmişəm. Heç kim klubdaxili vəziyyətimdən danışmır. Bizim prezident Əl-Xelaifi ilə razılaşmamız var. Mənim vəziyyətimə deyil, komandaya diqqət yetirin”.

Daha əvvəl Mbappenin karyerasını “Real”da davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. Futbolçu ilə “Liverpul” da maraqlanır.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Bənzər xəbərlər