featured-image-45492

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe gələcəyi haqqında danışıb.

Msport.az xəbər verir ki, mövsümün sonunda Paris təmsilçisi ilə müqaviləsi başa çatacaq 25 yaşlı hücumçu AVRO-2024-dən əvvəl məsələnin dəqiqləşəcəyini söyləyib:.

“Gələcəyimlə bağlı hələlik açıqlama verməmişəm. Çünki, açıqlanacaq bir şey yoxdur. Nəsə olsa, məlumat verəcəyəm. Avropa çempionatından öncə dəqiqləşəcəyini düşünürəm”.

Qeyd edək ki, xarici mətbuatda Mbappenin “Real”a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bənzər xəbərlər