Mbappedən unikal nailiyyət
Fransanın PSJ komandasının futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.
Msport.az “Opta”ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna evdə İspaniyanın “Real Sosyed” kollektivinə 2:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Forvard qitənin bir nömrəli klub turnirində ardıcıl 10 start heyətində meydana çıxdığı matçda ən azı bir qol vuran ilk oyunçudur.
Mbappe Çempionlar Liqasındakı 68-ci matçında 44-cü dəfə rəqib qapılarına yol tapıb. 26 yaşınadək yalnız argentinalı Lionel Messi (59 qol) daha çox qol vurub.







