Mbappedən yeni nailiyyət
PSJ klubunun futbolçusu Kilian Mbappe yeni nailiyyətə imza atıb.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu buna “Lill”lə 1:1 hesablı heç-heçə etdikləri matçda fərqlənməklə nail olub.
Forvard Liqa 1-də 180-ci dəfə fərqlənib. O, bu çempionatın ən məhsuldar oyunçularının siyahısında ilk “5-liy”ə düşə bilib.
Rəqib qapılarına ən çox yol tapan 299 qolla Delye Onnisdir.







