featured-image-58499

İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında yeni uğura imza atıb.

Mxəbər verir ki, o, turnirin təsnifat mərhələsi nəzərə alınmadan 50 qol həddinə çatan 9-cu futbolçu olub.

25 yaşlı forvard turnirin 6-cı turunda “Atalanta” ilə hazırda davam edən oyunda hesabı açıb. Mbappe “Real”dan əvvəl “Monako” və PSJ-nin heyətində Çempionlar Liqasının əsas mərhələsində fərqlənib.

O, turnirində ümumi qol sayında Filippi İnzagi və Mohammed Salahla 10-12-ci yerləri bölüşür.

Qeyd edək ki, 10-cu dəqiqədə hesabı açan Mbappe zədələnərək 36-cı dəqiqədə meydanı tərk edib.

Çempionlar Liqasının bombardirləri (təsnifat mərhələsi nəzərə alınmadan):
140: Kriştianu Ronaldo (“Mançester Yunayted”, “Real”, “Yuventus”)
129: Lionel Messi (“Barselona”, PSJ)
101: Robert Levandovski (“Borussiya” D, “Bavariya”, “Barselona)
90: Karim Benzema (“Lion”, “Real”)
71: Raul Qonsales (“Real”, “Şalke”)
60: Ruud van Nistelrooy (PSV, “Mançester Yunayted”, “Real”)
54: Tomas Müller (“Bavariya”)
51: Tyerri Anri (“Monako”, “Arsenal”, “Barselona”)
50: Kilian Mbappe (“Monako”, PSJ, “Real”)

Bənzər xəbərlər