Mbappedən yeni rekord
“Real”ın hücumçusu Kilian Mbappe İspaniya çempionatının 33-cü turunda “Alaves”lə matçda (2:1) fərqlənərək yeni şəxsi göstəriciyə imza atıb.
Msport.az xəbər verir ki, fransalı forvard görüşün 30-cu dəqiqəsində cərimə meydançasından kənardan zərbə ilə hesabı açıb – top rikoşetdən sonra qapı toruna daxil olub.
Bu qol Mbappenin 2025/2026 mövsümündə bütün turnirlərdə uzaq məsafədən vurduğu artıq səkkizinci qol olub.
Bununla da o, nəinki şəxsi rekordunu yeniləyib, həm də Avropanın top-5 liqalarında çıxış edən futbolçular arasında bu göstəricidə liderə çevrilib.
Qeyd edək ki, Mbappe cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







