featured-image-22161

PSJ-nin baş məşqçisi Kristof Qaltye zədəli Kilian Mbappeni qarşıdakı oyunlarda hansı futbolçunun əvəzləyəcəyini müəyyənləşdirib.

Msport.az “Le Parisien”ə istinadən xəbər verir ki, Fransa millisinin forvardının yerinə Uqo Ekitike oynayacaq.

Yaxın 15 gün ərzində Ekitike meydanda daha çox olacaq və bir çox matçlarda start heyətində şans əldə edəcək.

Mbappe Fransa Liqa-1-də “Monpelye” ilə matçda zədələnib. O, zədə səbəbindən 21-ci dəqiqədə əvəzlənmişdi. Paris klubu hücumçunun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.

24 yaşlı futbolçu “Bayern Münhen”lə Çempionlar Liqasının 1\8 final mərhələsinin ilk oyununu da buraxacaq.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər