featured-image-34391

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a mümkün transferini şərh edib.

Msport.az xbər verir ki, təcrübəli mütəxəssis fransalı oyunçunu İspaniyada görmək istədiyini bildirib:

“Real” Mbappe ilə müqavilə bağlasa, heç bir iqtisadi problem olmayacaq. Bu transfer pəncərəsinə keçməsə, bir ildən sonra mütləq gələcək. Mbappeni La Liqada görmək istərdim”.

Madrid təmsilçisi Mbappenin transferini yaxın iki həftə ərzində başa çatdırmaq istəyir.

Fransalı oyunçu 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu Parisin heyətində bütün yarışlarda 43 matçda 41 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

Bənzər xəbərlər