Mbappenin 55 milyonluq məhkəməsi
PSJ-nin sabiq futbolçusu Kilian Mbappe Fransa klubunun 55 avroluq borcla bağlı vəziyyəti həll etmək üçün Fransa Futbol Liqasının (LFP) Hüquq Komitəsi qarşısına çıxacaq.
Msport.az xəbər verir ki, görüş sentyabrın 11-də baş tutacaq.
Daha əvvəl parislilərin bu ilin aprelindən Mbappenin maaşını və müxtəlif mükafatlarını ödəmədiyi barədə məlumatlar yayılmışdı. 25 yaşlı futbolçunun nümayəndələri PSJ-yə pulun ödənilməsi tələbi ilə rəsmi bildiriş göndərib.
Qeyd edək ki, Mbappe yayda PSJ-dən ayrılaraq, azad agent kimi “Real”a keçib.