Mbappenin burnu sındı, Fransa Futbol Federasiyası açıqlama yaydı
Fransa Futbol Federasiyası Kilian Mbappenin durumu ilə bağlı məlumat verib. Msport.az xəbər verir ki, ulduz futbolçu Avro-2024-ün Avstriya ilə oyununda (1:0) zədələnib:
“Kilian Mbappe Düsseldorfda keçirilən Avstriya – Fransa görüşünün ikinci hissəsində burnunu sındırıb. Fransa seçməsinin kapitanına əvvəlcə tibbi personal və həkim Frank Le Qall yardım göstərib. Mbappe yaxın bir neçə gündə müalicəsini davam etdirəcək, lakin o, əməliyyat olunmayacaq. Onun üçün xüsusi maska hazırlanacaq ki, müalicədən sonra meydana qayıda bilsin”.
Qeyd edək ki, Fransa yığması qitə çempionatında növbəti oyununu Niderlanda qarşı keçirəcək.