Mbappenin əvəzinə Holann
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az “Diario AS” nəşrinə istinadən xəbər verir ki, norveçli hücumçunun “Real”a keçmək ehtimalı var.
Madrid təmsilçisi Mbappe ilə razılıq əldə edə bilməsə, məhz Holannı almağa çalışacaq.
Qeyd edək ki, Erlinq Holann 2022-ci ildən “şəhərlillər”in formasını geyinir.







