featured-image-35043

PSJ-nin hücumçusu Kilyan Mbappenin formaları klubun rəsmi fan-şopundan çıxarılıb.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçunun şəkli  “Park de Prens” stadionundan da yığışdırılıb.

Mbappenin Fransa klubuyla müqaviləsi 2024-cü ilin yayında başa çatır. Onun bu transfer pəncərəsinin sonunadək “Real”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Mbappe 2018-ci ilin yayından Paris komandasında çıxış edir. O, PSJ formasıyla 260 oyun keçirib, 212 qol vurub və 98 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər