featured-image-45407

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının ən yüksək ödənişli futbolçusudur. Msport.az “L`Equipe”yə istinadən xəbər verir ki, o, komanda yoldaşı Usman Dembeledən 6 dəfə çox qazanır.

Mənbənin sözlərinə görə, Fransa millisinin hücumçusunun klubda maaşı ayda 6 milyon avrodur (həftəsinə 1,2 milyon avro).

1,2 milyon avro əmək haqqı olan Dembele Liqa-1-də ən ödənişli oyunçular sırasında 2-ci yeri tutur.

25 yaşlı Mbappenin yayda Parisi tərk edib “Real”a keçəcəyi gözlənilir.

“Transfermarkt” forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.

Bənzər xəbərlər