Mbappenin qardaşı PSJ-də debüt etdi
Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe PSJ-də ilk oyununu keçirib.
Msport.az xəbər verir ki, 15 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Paris”lə keçirilən yoxlama görüşündə əsas komandada forma geyinmək şansı qazanıb.
O, 45-ci dəqiqədə Fabian Ruizin əvəzinə meydana daxil olub. Qarşılaşma 30 dəqiqəlik iki hissə formatında keçirilib.
Matç PSJ-nin qələbəsi ilə yekunlaşıb (2:1).







