featured-image-58868

İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe Madrid təmsilçisinin iki sabiq oyunçusunun uğurunu təkrarlayıb.

Msport.az xəbər verir ki, hücumçu buna Meksikanın “Paçuka” kollektivinə qalib gəldikləri (3:0) Qitələrarası Kubokun final matçında fərqlənməklə nail olub.

Mbappe son 10 ildə “kral klubu” üçün ilk iki final qarşılaşmasında qol vuran üçüncü oyunçudur.

Əvvəllər bunu Qaret Beyl (2014) və Marko Asensio (2017) bacarıblar.

Xatırladaq ki, Mbappe daha əvvəl komanda ilə UEFA Superkubokunun qalibi olub.

Bənzər xəbərlər