featured-image-46128

PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a keçərkən hansı imtiyaza sahib olacağı məlum olub.

Msport.az xəbər verir ki, bu barədə “Football-Espana” nəşri məlumat yayıb.

Bildirilib ki, hücumçu transferinin rəsmən elan olunacağı vaxtı özü seçəcək. Bunun avqustda gerçəkləşmək ehtimalı var.

Fransalı forvard Madrid təmsilçisi ilə beş illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2017-ci ildən PSJ-nin formasını geyinən Mbappe cari mövsüm 38 matçda 39 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər