featured-image-57887

İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe La Liqadakı ilk mövsümündə qol vəziyyətlərinə görə, həmkarlarından çox geri qalır.

Msport.az xəbər verir ki, fransalı forvard ümumilikdə 13 açar ötürməsi və məhsuldar ötürmə ilə yadda qalıb.

Halbuki “Barselona”lı Rafinyada bu göstərici 44, “Real”ın digər forvardı Vinisius Juniorda 29, “Atletiko”nun kapitanı Antuan Qrizmann və “Barselona”lı Lamin Yamalda 26-dı. Kilianı bu statistikada düz 14 hücumçu qabaqlayır.

Özü yüz faizli qol vəziyyəti yaratmaqla bağlı statistikada da Mbappe çox geri qalır. Ulduz futbolçu cəmi 2 dəfə bunu bacarıb. Ancaq Rafinya 14, Yamal 12, Qrizmann və Vinisius hərəyə 7 dəfə bunu edib.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm La Liqada 7 qol vurub.

Bənzər xəbərlər