Məğlubedilməz qonaqlar - Mövsümdə ilk
Azərbaycan Premyer Liqasının XII turu mövsümün ilki ilə əlamətdar olub.
Msport.az xəbər verir ki, cari çempionatda ilk dəfə meydan sahibi olan komandalardan heç biri qələbə qazanmayıb.
Məğlub olmayan qonaqlar 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə edib. “İmişli” “Zirə” (2:2), “Kəpəz” isə “Qarabağ”la (0:0) qarşılaşmadan xalla ayrılıb. “Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” “Neftçi”yə 1:3 hesabı ilə uduzub.
Meydan sahiblərinin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün əvvəllərində yaşanıb. II turun 6 qarşılaşmasında 1 heç-heçə qeydə alınıb, 5 görüşdə isə qonaqlar qalib gəlib.







