featured-image-45930

Almaniyanın “Bavariya” klubunun prezidenti Herbert Hayner Dortmund “Borussiya”sına 0:2 hesabı ilə uduzduqları Bundesliqanın XXVII tur matçını şərh edib.

Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, funksioner bu qarşılaşmada məğlubiyyətə layiq olduqlarını söyləyib:

“Meydanda bizim öyrəşdiyimiz və görmək istədiyimiz komanda yox idi. Bu mövsüm ilk dəfə hücum edə bilmədik”.

Qeyd edək ki, Münhen təmsilçisi 60 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Bayer”dən 13 xal geridədir.

Bənzər xəbərlər