featured-image-24677

“Borussiya”nın futbolçusu Emre Can Çempionlar Liqasının 1\8 finalında “Çelsi”yə məğlubiyyəti (0:2) hakimlərlə əlaqələndirib.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, niderlandlı referi Danni Makkeli 47-ci dəqiqədə top qonaqların müdafiəçisi Marius VolFun əlinə dəydikdən sonra VAR-a baxıb və penalti təyin edib. Kay Haverts topu dirəyə vursa da, referi zərbədən əvvəl hər iki komandanın oyunçularının cərimə meydançasına daxil olmasına görə, penaltinin təkrarlanmasını istəyib. “Çelsi”nin futbolçusunun ikinci cəhdi uğurlu alınıb:

“Bizim məğlubiyyətimizin səbəbkarı hakimdir. Bu onun günahıdır. Belə vəziyyətdə penaltinin təkrar vurulmasına necə qərar vermək olar? Ümumiyyətlə, bu necə işləyir? Məncə, bu mexanizm heç işləmir. Mənim nəyimə lazım penaltidən əvvəl kim qaçıb içəri.

Hakim bütün oyun boyu özünü yuxarıdan aparırdı. Hər şey bundan başladı. Biz hakimə görə, layiq olmadığımız məğlubiyyətlə üzləşdik”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər